Sevinc Elsevərin kitabı İranda nəşr edilir

68 Baxış

sevincelsever

Şairə Sevinc Elsevərin “Sevgi və Tanrı. Adım Həvva” adlı şeirlər kitabı İranda nəşr edilir.

Bu barədə Senet.az-a müəllifin özü məlumat verib: “Kitabın çap olunması üçün Səid Muğanlı telefon açaraq izin alıb. Mən də razılaşmışam. Bu, elə bu yaxınlarda olub. Kitabın üz qabığını isə imeyl adresimə göndəriblər ki, tanış olam. Amma tirajı nə qədərdi maraqlanmadım, düzü. Atamın vəziyyətiylə bağlı başım qarışıq idi. İmeyl adresimi də yoxlamırdım. Atamı maşın vurub, günlərdi xəstəxanadaydım, yanında qalırdım. Dünən görmüşəm imeyli”.

Qeyd edk ki, kitab “Noxbəgan” yayınevində çap olunub. 92 səhifəlik kitabda Səid Muğanlının seçdiyi şeirlər yer alır.

 

 

 

sevinc3

 

 

KÖŞƏ YAZARLARI
TOP 10