Sevinc Elsevərin pyesi səhnələşdiriləcək

56 Baxış

husniyye“Hazırda teatr mövsümünün yekunudur. Buna görə də Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi bu mövsüm səhnələşdirilməyəcək. Sözügedən əsərin tamaşaya qoyulması üçün nazirlikdən icazə alınıb. Sentyabr ayında tamaşa üzərində işə başlanılacaq. Bu da 88-ci teatr mövsümünün 4-cü rübünə təsadüf edir”.

Senet.az xəbər verir ki, bu sözləri Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri Hüsniyyə Mirsaquliyeva yazar Sevinc Elsevərin əsərinin səhnələşdirilməsi ilə bağlı Axar.az-a danışarkən deyib.

Qeyd edək ki, yazar Sevinc Elsevərin “Ürəyində arzu tut” pyesi “Hədəf” Nəşrlər Evi və Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə keçirilən “Anamın kitabı” mükafatının pyes müsabiqəsində qalib olmuşdu. Müsabiqənin qaydalarına görə qalib gəlmiş pyes teatrda səhnələşdirilir.

KÖŞƏ YAZARLARI
TOP 10