Şeyx Şamil yoxsa İmam Şamil? – POLEMİKA

275 Baxış


imamSenet.az-da yayınlanmış “Mirzə Kazım bəy:İranda Babək adlı yalançı peyğəmbər peyda olub” məqaləsi müzakirələrə səbəb olub. Məqalədə bəhsi keçən Şeyx Şamilin İmam yoxsa Şeyx olmağı mövzusunu Ceyhun Bayramlı və Fariz Xəlili müzakirə ediblər. Sözügedən müzakirəni sizə təqdim edirik:

Qeyd edək ki, məqalə “Hədəf” Nəşrləri Azərbaycan şərqşünası, tarixçisi, filoloqu, Rusiya Elmlər Akademiyasının ilk azərbaycanlı üzvü Mirzə Kazım bəyin seçilmiş əsərlərindən ibarət kitabından götürülüb.

 

 

 

CEYHUNCeyhun Bayramlı: İslamın kitabına görə, İmamət missiyası müsəlman icmasının rəyi ilə təyin oluna bilməz, o, Allah tərəfindən, daha sonra isə onun peyğəmbəri, və həmin peyğəmbərin təyin etdiyi şəxs tərəfindən təyin olunur (söhbət məscidlərdəki imam-camaatdan getmir). Bu mənada Əhli-sünnə vəl-cəmaətin düşüncəsinə görə, Şamil şimali Qafqaz xalqlarının müsəlman icmasının seçdiyi bir imamdır. Azərbaycan əhalisinin böyük qisminin inandığı Əhli-beyt məktəbinin rəyinə görə isə, Şamil imam deyil, o, Şeyxdir. Həqiqətən də təəccüblü görünərdi ki, peyğəmbər əhli-beytindən olan və onun qanını, genini, elmini və hikmətlərini birbaşa ilk mənbədən əxz edən İmamların adlarını belə bilməyən hansısa şimali Qafqaz xalqı Şeyx Şamili özünə imam bilə. Şeyxliyin kimdənsə icazə almaqla bağlı da hər hansı öhdəliyi yoxdur. Məgər Şeyxülislam Hacı Allahşükür Paşazadə yaxud Şeyx ünvanı almış hansısa bir insan bunun üçün kiminsə icazəsini alıb? Şeyx öz cərəyanını, təriqətini, məktəbini yaradan, nəzəri-ideya əsaslarını Quran və sünnə əsasında öz tərəfdarlarına bəyan edən və onların çoxsaylı suallarına hərtərəfli izah və şərh verməyi bacaran şəxsdir.

İnanc müstəvisində Mirzə Kazım bəyin fikirlərini şəxsən mən o qədər də ciddiyə almıram. Əvvəla ona görə ki, bu ziyalımız özü İslamın mahiyyətini tam mənimsəmədən gedib xristianlıq dinini qəbul edib və “əlahəzrət” işğalçı rus imperatorunun himayəsində xaç çevirərək yaşamağı İslamın batini hikmətlərinə vaqif olmaqdan üstün bilib. İkincisi, o səbəbdən ki, Mirzə Kazım bəyin İslami bilikləri ən yaxşı halda, şəriət müstəvisində görə bildikləri ilə məhdudlaşırdı, ona görə İslam yalnız göz önündə olan əmmaməlilərin danışdıqlarından və bunları dinləyib təsirinə düşənlərdən ibarətdir.

FARIZFariz Xəlili: Yanlışınız ondadır ki, sufizmə aid bir məsələni şiəlik (əhli-beyt məsələsini xahiş edirəm tez-tez gözə soxmamaq lazımdır, əhli-beyt hamı üçün əhli-beytdir, o bir yol deyil) və sünniliklə izah etməyinizdir. Sufizmdə ustad mürşiddir, ona şeyx deyə müraciət edilir, şeyx olmaq üçün də buna icazə lazımdır, sufilik mərtəbələrini keçdikdən, tamamladıqdan sonra icazəni şeyx verir. İmam Şamilin şeyxi Seyid Cəmaləddin idi… Seyid Cəmaləddinin xəlifələrini İmam Şamil öz xatiratında (pristav Runovski qələmə alıb) xatırlayır. Müridizm hərəkatı bir Nəqşibəndiyyə hərəkatıdır… Bunu ruslar uzun müddət anlamamışlar… Ta Seyid Cəmaləddinin “Əl-ədəbul mərziyyə, fit tarikatun nəqşibəndiyyə” əsəri ortalığa çıxana qədər. Seyid Cəmaləddin də orada şeyxlərinin adını sayır… İmam Şamil və Qazı Məhəmmədin nəfsi cihad yerinə kiçik cihada müraciət etmələri ilə onların sufilikləri düşmüşdür…

Nəqşibəndiyyədə siyasətdən uzaq durma anlayışı vardır… Amma mürid kimi davam edə bilərlər, amma mərtəbələri siyasətdən dolayı artmır… İmam Şamil də belə idi… Ona Seyid Cəmaləddin şeyxlik icazəsi verməmişdi… Ona görə də o özünə şeyx demirdi…

İmamət məsələsinə gəldikdə imam rəhbər, başçı deməkdir… Bunun 12 imamla heç bir əlaqəsi yoxdur… Qazı Məhəmməd yeni dövlət yaratmışdı, adını İmamət qoymuşdu, başçıları da imam adlanırdı. İndi tarixin başında dəlləklik edək ki, niyə dövlətinizi belə adlandırmış, özünüzə imam demisiniz, biz Sizin tarixinizi siləcəyik? Bu cür yanaşma olmaz, tarix faktlarla dəyər qazanır, öz dövrünün faktları ilə… Bu da uzaq tarix deyil ki, istədiyimiz kimi, evirib çevirək…

Mirzə Kazım bəyin əvvəli şiə olub, nədənsə fikir dəyişdirənlərin çoxu şiələrdən çıxır, mənə hər zaman maraqlı olub… Baxmayaraq ki, şiə müsəlman olub, alim kimi İslamı yaxşı əxz edib. Niyə xristian olub, onu mən bilmərəm, bəlkə elə şiəlikdə bir məqsəd üçün gizlənmə anlayışı var, bəlkə də elə onu həyata keçirib… Amma məni o tərəfləri çox maraqlandırmadı bu yazıda, məni maraqlandıran o oldu ki, Kazım bəy başqa İmam Şamil yazdığı halda, götürü başlığa Şeyx Şamil yazmaq məsələyə hakim olmamaqdan irəli gəlib…

Qaldı ki, Hacı Allahşükür Paşazadənin Şeyx olması… O bir rəsmi dövlət tituludur, rütbədir… Onun sufizmlə əlaqəsi yoxdur… Odur ki, onun mübahisəsinin yeri yoxdur… Hacı Allahşükür Paşazadənin sufizmə münasibəti birmənalı deyil, şiəlik nöqteyi-nəzərindən yanaşır… İmam Şamilin şeyxlik məsələsi isə sufizmlə bağlıdır… Çünki, İmamətin əsas təriqəti nəqşibəndilik sufi təriqətidir…

Ceyhun Bayramlı: İcazə verin dediklərinizlə məzi məqamlar üzrə razılaşmayım. Razılaşmadığım məqamları ayrı-ayrılıqda qeyd edirəm. Əvvəla, İmamət sıradan bir başçı demək deyil, Quranda başçı və imam kəlmələri ayrı-ayrı və fərqlidir. İmam Qurani-Kərimin müddəasına əsasən,məhz Allah tərəfindən təyin olunur. Bunun üçün sadəcə Bəqərə surəsi, 124 və Nəhl surəsi, 120-ci ayələrə baxmaq kifayətdir. İmamət məsələsinin 12 imamla birbaşa bağlı olduğunu elə əhli-sünnə alimlərindən Qunduz əl-Hənəfinin “Yənəbi əl-Müvəddə” əsərində Cabir ibn Abdullah adlı səhabənin dilindən qeyd olunan səhih hədis və bunun sənədləri sübut edir, həmçinin, böyük şafei alimi əl-Həməveyni “Fərəid əs-Simtayn” adlı əsərində imamətin birbaşa 12 imamla bağlı olduğunu dəlillərlə göstərir. Məncə bundan artıq dəlilə ehtiyac da yoxdur.

Allahşükür Paşazadəyə gəlincə, onun daşıdığı Şeyxülislam titulu heç bir dövlət titulu sayılmır, bir halda ki, o Qafqazın şeyxülislamı hesab olunur, Qafqaz adlı bir dövlətsə yoxdur.

Mirze Kazim bey (1)Nəqşibəndiyyəyə gəlincə, bu təriqət siyasətdən uzaq durmağı vacib bilirsə, bu o demək deyil ki, İslam dini siyasətdən uzaq durmağı vacib bilir. Bu heç o da demək deyil ki, Sufilik özü siyasətdən uzaq durmağı vacib bilir. Tam əksinə, sünnili-şiəli bütün İslam aləminin qəbul etdiyi İmam Hüseyn Kərbəla hadisəsində məhz dövlətin başına keçərək ümmətə zülm edən və İslamın adını batıran Yezidə qarşı etiraz səsini ucaltmışdı. Nəqşibəndiyyə imam Hüseynin haqq savaşını səhv zənn edirsə, bu, nəqşibəndilərin problemidir. Quran deyir ki, eyni vaxtda həm Allahla, həm də şeytanla olmaq mümkün deyil. Zamanlar var ki, ya onu seçəcəksən, ya bunu. Nəqşibəndiyyə Kərbəla vaqeəsində imam Hüseynin tərəfini seçmirsə, nəyin tərəfindən çıxış edir o zaman? Sufiliklə bağlı olan cərəyanlar təkcə təkyə və zaviyələrə çəkilib çilə çıxartmaqla ömür sürməyi təbliğ etməyib, eyni zamanda, zülmə qarşı haqq səsini ucaltmağı və haqq yolunda mücadilə etməyi də təbliğ edib. Qızılbaşlıq bunun əyani nümunəsidir. Zülmə qarşı çıxış etməyib ömrünü zaviyələrdə və təkyələrdə çilə çıxarmaqla keçirən sufi faktiki olaraq yalnız öz dərisini cəhənnəm atəşindən qorumağın dərdini çəkmiş olur, halbuki Allah yer üzünü öz əməlisaleh bəndələri üçün sınaq yeri qərar verib (Quran, Ənbiya surəsi, 65-ci ayə, İnsan surəsi, 2-3-cü ayələr). Şeyx Şamilin rus işğalına qarşı azadlıq mübarizəsinə qalxması onun elə məhz haqq yolunda olduğunun sübutudur, o dövrün nəqşibəndiyyə başbilənləri çox şey deyə bilər, nolsun ki?

Fariz Xəlili: Qardaş xahiş edirəm, kontekstdən uzaqlaşmayaq… Şiəlik bilgilərinizə calamayın, bütün tarixi gerçəklikləri… Qoyun tərəf olmağı bir tərəfə… Tarixi gerçəkliklər tarixi faktlara söykənir… Qızılbaşlıq hərəkatdır, təriqət deyil, təriqət qızılbaşlığın uzaqlaşdığı səfəvilikdir… Seyid Cəmaləddin İmam Şamilə deyirdi ki, sən nəfsin zülmündən qurtardınmı ki, indi başqalarını qurtarmağa çalışırsan… Sufiliyə Qazali gözündən baxanlar idi, onlar… Ona görə də xahiş edirəm, calaq vurmayaq, tarixi elə olduğu kimi, təəssüb çəkmədən çatdıraq…

Kamil-insan fəlsəfəsi nəfsi mücadilədir… Çox qarışıq və sistemsiz yazırsınız… Mən hər nəqşibəndidən yazmamışam… İmam Şamil və Seyid Cəmaləddindən yazmışam… Seyid Cəmaləddinin də nəqşibəndilik haqqında əsəri var…

Ceyhun Bayramlı: Seyyid Cəmaləddin dedikdə Cəmaləddin Əfqanini nəzərdə tutursunuz?

Fariz Xəlili: Xeyr, Seyid Cəmaləddin İmam Şamilin və Qazı Məhəmmədin şeyxidir… Həm də İmam Şamilin qayınatasıdır..

Ceyhun Bayramlı: O zaman sizə görə, Hz.Əli kamil insan deyildi ki, haqq səsini ucaldır, zülm edənlərə qarşı fəaliyyət göstərirdi?

Fariz Xəlili: Provokasiyaya çəkmə, qardaş… Bütün sünni-məzhəb təriqətlərin silsiləsində Hz. Əli vardır… Sührəverdilik, Səfəvilik və Xəlvətilikdə olduğu kimi… Xahiş edirəm, əgər məlumatsızsınızsa özünüzü və məni yormayın… Əgər İmam Şamilin şeyxindən xəbərsizsinizsə, əsərləri haqqında bilginiz yoxdursa, davam etməyək… Oxuyandan sonra davam edərik…

Ceyhun Bayramlı: O zaman həmin Seyyid Cəmaləddinə o ixtiyarı kim vermişdi ki, kiməsə şeyxlik məqamını yaxud rütbəsini versin yaxud imtina etsin? İslamda hər şey ilk növbədə Qurani-Kərimə bağlıdır və o Kitabla təsdiqini tapmayan əməli qəbul etmək haqlı mübahisə doğurur.

Və o hansı sufi təriqətidir ki, Əli bin Əbu Talibi sufi saymır, onu kamil insan görmür və onun haqq mücadiləsi etməsinə barmaqarası baxır, çox maraqlıdır.

O zaman həmin Seyyid Cəmaləddinə o ixtiyarı kim vermişdi ki, kiməsə şeyxlik məqamını yaxud rütbəsini versin yaxud imtina etsin? İslamda hər şey ilk növbədə Qurani-Kərimə bağlıdır və o Kitabla təsdiqini tapmayan əməli qəbul etmək haqlı mübahisə doğurur.

Əgər bütün sufi təriqətlərinin silsiləsində Hz.Əli varsa, demək bütün sufi təriqətləri Hz.Əlinin haqq mücadiləsini qəbul edir və etmək zorundadır. Belə olduğu halda, zülmə və yadelli işğala qarşı etiraz səsini qaldıran Şeyx Şamili niyə nəqşibəndiyyə cinahı siyasətə girdiyinə görə sufilikdən düşürməlidir ki? Bəyəm Şeyx Şamil öz nəfsi ilə mücadilə aparmamışdı? Bəyəm onu insanların gözündən salan əməlləri vardı? Axı burda məntiq payı yoxdur, qardaşım.

Fariz Xəlili: Ceyhun müəllim, çox xahiş edirəm, mən burada kimin yaxşı, kimin pis olması haqqında yazmamışam, iddiam da yoxdur… Mənim təbiətimdə də yoxdur… Mənim bir iradım olub, içəridə İmam yazıldığı halda, məqalənin başında niyə Şeyx yazılıb… Bunun da məlumatsızlıqdan yarandığını demişəm… Tarixi baxımdan da izah eləmişəm ki, niyə şeyx olmamalıdır, imam olmalıdır…

Ceyhun Bayramlı: Mən də elə ona sözümü gətirirəm ki, deyirsiz Seyid Cəmaləddin Şamilə şeyxlik verilməsinə icazə verməmişdi. Mən də sual etdim ki, Seyid Cəmaləddinə o səlahiyyəti kim vermişdi ki, kiməsə şeyx olmağa icazə versin ya verməsin?

Fariz Xəlili: Ona Molla Məhəmməd Yaraqlı şeyxlik icazəsi vermişdi… Silsiləni Seyid Cəmaləddin əsərində verib…

Ceyhun Bayramlı: Fariz bəy, o zaman bir zəhmət, Qurani-Kərimin Ənam surəsi, 159, Rum surəsi, 32, Muminun surəsi, 53, Şura surəsi, 13, Ali-İmran surəsi, 103-cü ayələrinə diqqət yetirin – bu ayələrdə İslamı məzhəblər üzrə yürütməyə çalışanların hamısının ziyanda olduqları və peğəmbərlə hər hansı əlaqələrinin də olmaması açıq göstərilib. Ayrıca, ən qədim fiqh məzhəbi də peyğəmbərin ölümündən az qala 2 əsr sonraya aiddir. Məzhəbçi düşüncədən çıxış edənlər öncə özlərinə sual verməlidir ki, bəs bu 200 il ərzində müsəlmanlar və minlərlə peyğəmbər səhabəsi nə cür məzhəbsiz müsəlman ola biliblər… smile ifade simgesi

Fariz Xəlili: Qardaş, mən tarixi hadisələrdən danışıram… Onların səhv və ya düz olduqlarından yox…. Elə danışırsan ki, elə bil mən nəqşibəndiyəm və onlar tərəfəm… Mən tarixçiyəm və hamıya qarşı mövqeyim tarix tərəfdəndir, ilahiyyat tərəfdən deyil…

Ceyhun Bayramlı: Molla Məhəmməd Yaraqlının İslam dünyasında elmi, irfani yeri, rolu, çəkisi nədir ki, o kiməsə şeyxlik üçün icazə verə? Ola bilər sizinçün və ya nəqşibəndilər üçün bu adlarını çəkdiyiniz şəxslər önəm daşıyır, amma inanın ki, heç də sizlərdən az ağıl sahibi olmayan digərləri üçün belə deyil.

Sizi anladım, siz sırf tarixi baxımdan fikir yürüdürsünüz və hadisələrə faktoloji baxımdan yanaşırsınız, amma bu faktoloji bazada NİYƏ sualı olmadıqca quru faktlardan başqa bir şey ərsəyə gəlməz.

Fariz Xəlili: Bəs tarix də odur ki, yamamadan, olduğu kimi, soyuq faktların dili ilə danışasan… Əks təqdirdə Sizin işiniz tarix olmur, nə desəniz adlandıra bilərsiniz… Müəllimim demişdi mənə 5-ci sinifdə oxuyanda… Fariz, demişdi… Bu ədəbiyyat deyil eee, bu tarixdir… Hisslərini calayasan… Nə isə… Sizə uğurlar… İmam Şamilin gündəlikləri hələ XIX əsrdə nəşr olunub… Bir zəhmət oxuyun… ALLAH köməyiniz olsun…

Ceyhun Bayramlı: Burda mənim tərəfimdən hər hansı formada şəxsi hisslər söylənmədi ki… Siz tarix açısından yanaşdığınız şeyə mən ilahiyyat tərəfdən yanaşmağa çalışdım sadəcə. Hər hansı məzhəbin tərəfindən də çıxış etmirəm…

 

 

 

 

Bölmə : Manşet
KÖŞƏ YAZARLARI
TOP 10