“Sibirdən Balkanlara” adlı etno foto sərgi keçiriləcək

2 Baxış

 

14469127_1431441910205220_665367734_n

2009-cu ildə Naxçıvanda keçirilən Türk Ölkələrinin Dövlət Başçılarının IX Zirvə Toplantısında imzalanmış “Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi”nin 5 illiyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanası türkoloq, tarix elmləri doktoru Güllü Yoloğlunun “Türk dünyası: Sibirdən Balkanlara” adlı etno foto sərgisinin açılış mərasimini keçirəcək.

Sərginin açılışı 3 oktyabr saat 11.00-da Mərkəzi Elmi Kitabxananın sərgi salonunda olacaq.

Sərgi 3-7 oktyabr tarixlərində keçiriləcək.

Bölmə : İncəsənət