Kitabevim.az kitab marketində Rauf Qəribin “Silə” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə müəllifin qələm dostları, KİV nümayəndələri iştirak ediblər.
Sonda müəllif oxucular üçün kitablarını imzalayıb.
Qeyd edək ki, “Silə” kitabı AybKitab layihəsi çərçivəsində ərsəyə gəlib. Bu kitab layihənin 15-ci kitabıdır.