Məşhur aktyor Silvester Stallonenin Fransanın Nice şəhərində “Əsl sevgi” adlı rəsm sərgisi keçirilib.
Sərgidə aktyorun 1975-ci ildən bu günə qədər çəkdiyi əsərlər nümayiş olunub.
Tənqidçilər Stallonenin çəkdiyi rəsmlərdə oynadığı rolların təsirinin güclü olduğunu bildiriblər.
Rəssamın əsərlərinin qiyməti 50-150 min dollar arasında dəyişir.
Qeyd edək ki, Silvester Stallone 1970-ci ildən rəssamlıqla məşğuldur.