“Sirlər xəzinəsi” ədəbi-bədii musiqili tədbir keçiriləcək

12 Baxış

14860196653423964514_1000x669

Fevralın 3-də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Milli Kitabxanasının birgə təşkil etdiyi “Sirlər xəzinəsi” ədəbi-bədii musiqili layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək.

Muğam Mərkəzindən Senet.az-a bildirilib ki, layihə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.

Xurşidbanu Natəvanın həyat və yaradıcılığına həsr edilən gecə bu silsilədən olan ikinci tədbirdir. Milli Kitabxanada təşkil olunan birinci tədbir Məhəmməd Füzulinin yaradıcılığına həsr edilmişdi.

Tədbirdə tanınmış alimlər çıxış edəcək, Xurşidbanu Natəvanın həyat və yaradıcılığından söhbət açılacaq, muğam ifaları dinləniləcək.

Biletləri şəhərimizin və “ASAN xidmət”in kassalarından əldə etmək olar.

Tədbirə AZƏRTAC da informasiya dəstəyi verəcək.

KÖŞƏ YAZARLARI
TOP 10