“Sirr” kitabı Avropa kitabxanalarında

14 Baxış

1526305797459349293_1000x669

Azərbaycan Tərcümə Mərkəzinin ölkəmizin ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi beynəlxalq layihələr uğurlu nəticələr göstərməkdə davam edir.

Tərcümə Mərkəzindən Senet.az-a bildirilib ki, bu il Berlində işıq üzü görmüş və geniş təqdimatı keçirilmiş “Sirr” (Azərbaycan hekayələri) kitabı Avropanın bir sıra mərkəzi kitabxanaları ilə yanaşı, İsveçrənin Sürix Mərkəzi Kitabxanası, Bern Universitetinin İslamşünaslıq və Müasir Şərq Filologiyası İnstitutu, Bazel Universiteti, Frayburq Universitetinin Şərq və Mərkəzi-Şərqi Avropa üzrə kitabxanasına, Avstriyanın Vyana Universiteti kitabxanası, Hammer-Purqştal adına Avstriya Şərq-Cəmiyyətinin Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə İnformasiya Mərkəzi, Tirol Universiteti kitabxanası, Qrats Universiteti kitabxanası, Zalsburq Universiteti kitabxanası, Robert Muzil adına Ədəbiyyat Araşdırmaları və Ədəbiyyat Arxivi İnstitutu, Avstriya Milli Kitabxanası, Semerniq şəhər kitabxanası, Turizm Məktəblərinin İctimai Kitabxanası, Ştokerau şəhərinin ictimai kitabxanası, Böyük Florian icması kitabxanası, Alpbax şəhər kitabxanası, Vyana ictimai kitabxanası, Lixtenşteynin kitabxanalar şəbəkəsi, Lüksemburq Universiteti kitabxanasına, eyni zamanda, Almaniyanın 80-dən çox kitabxanalarına yerləşdirilib.