Şirvanşahın dəbilqəsi ABŞ muzeyində

22 Baxış

Şirvanşah I Fərrux Yasara aid dəbilqə

Şirvanşah I Fərrux Yasara aid dəbilqə ABŞ-ın Metropolitan muzeyində saxlanılır.  Axar.az muzeyin rəsmi saytına istinadən xəbər verir ki, eksponatın altında dəbilqənin bir hökmdar üçün düzəldilmiş olduğu qeyd olunsa da, Şirvanın Azərbaycanın bir hissəsi olması və eksponatın Azərbaycana məxsusluğu barədə heç bir məlumat yoxdur. Eksponat barədə məlumat verilərkən bunlar qeyd olunub: “Bu üslubda hazırlanmış başqa bir nümunə Fərrux Yasar (hökmdarlıq dövrü: 1464–1501) adını daşıyır. O, Qafqazda Şirvan hökmdarı kimi tarixə düşüb. Bu faktlar göstərir ki, sözügedən dəbilqə Şirvan istehsalıdır”.

Qeyd edək ki, Şirvanşahlar dövləti Azərbaycanın ən uzunömürlü dövləti olub.