Neqativlikdən pozitivliyə: Sizif əməyi – Elxan Nəcəfov yazır

102 Baxış

WhatsApp Image 2020-04-06 at 11.52.00

Senet.az oxucularına Elxan Nəcəfovun “Sizif əməyi” yazısını təqdim edir.

“Sizif əməyi” birləşməsi mənasız və bihudə zəhməti ifadə edir. Bu mövzuda ən yaxşı esseni Albert Kamü yazmışdır. Mövzusu Yunan mifologiyasından götürülüb. Hiylələrinin cəzası olaraq tanrılar Sizifə ən ağır cəzanı verirlər. Hər dəfə zirvəyə qaldırdığı daş zirvəyə az qalmış əlindən sürüşüb aşağı yuvarlanır və əziyyət yenidən başlayır. Həyatın mənasızlığını və boşluğunu Sizif əfsanəsi ilə müqayisə edən Kamü sonda intiharı yanlış hesab edir və bunu ” Zirvə eşqinə bircə qələbə bəs edir ki, insan ürəyi sevinclə doysun.” cümləsi ilə tamamlayır.

Sizif fani varlıqların ən müdriki və tədbirlisi idi.

Bu gün… Bəşəriyyətin zirvənin başına qaldırdığı daş sanki aşağı dığırlanır. Gözəgörünməz “pozitiv”lik insanlarda dəhşət neqativlik yaradır. Ölüm və ayrılıqlar insanoğlunun ən qorxulu kabusuna çevrilib.

Dünya çətin imtahan mərhələsindədir. İmtahan nəticələri bilinəndə bəlkə də çox şey sıfırdan başlanacaq.

O zirvəyə bir daha qalxmaq üçün dünənin yanlışları ev tapşırığımız olacaq. Təkəbbür, yalan, hiylə, sünilik, ELMSİZLİK, bacarıqlsızlıq zirvəyə gedən yolun kələ-kötürü – maneəsi olacaq.

“Hamı bir nəfər üçün, bir nəfər hamı üçün” prinsipini təbiət bu günlərdə insanoğluna hökm edir.

Biz isə….

Yanlışlarından nəticə çıxaranlar (xalqlar) o zirvəyə daha tez çatacaq.

Eniş bəzən iztirab gətirir. Əvvəl əzab olur, sonra xoşbəxtlik duyğusu. Xoşbəxt olmaq istəyi insana nə qədər əlçatmaz görünərsə kədər insan qəlbində daha böyük şırımlar açar.

Sonda isə Edipin dediyi kimi olacaq: “Bütün uğursuzluqlara baxmayaraq, ahıllığım və qəlbimin dərinliyi deyir ki, hər şey gözəl olacaq.”

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10