“Snouden” filminin rejissoru üzləşdiyi maneələrdən danışıb

6 Baxış

Oliver Stoun“Snouden” filmi üzərində çalışan amerikalı rejissor Oliver Stoun çəkilişləri Almaniyada aparmağa məcbur qaıması barədə məlumat açıqlayıb. O, Milli Təhlükəsizlik Agentliyi tərəfindən onların işinə müdaxilə edilməsi təhlükəsindən danışıb. “Biz Almaniyaya üz tutduq, çünki özümüzü ABŞ-da rahat hiss etmirdik”.-deyə Stoun Aydaxo ştatında keçirilən Sun film festivalında auditoriya qarşısında çıxış edərkən bildirib. “Biz burda özümüzü təhlükədə hiss edirdik. Biz Milli Təhlükəsizlik Agentliyinin nə edəcəyini bilmirdik, ona görə də Münhenə getdik və bu çox gözəldir”. – deyə o, əlavə edib.

Rejissorun sözlərinə görə, onun Almaniyada da ABŞ ilə əlaqələri olan şirkətlərlə problemləri yaranıb. Onlardan biri adlarının filmdə xatırladılmamasını istəyib. Hətta BMW şirkəti də heç bir kömək edə bilməyib.

Stoun dəvət olunmuş auditoriya üçün “Snouden” filminin qapalı nümayişini həyata keçirib. Auditoriyada təqribən 20 nəfər olub ki, onlar da məzmun barədə açıqlama verməmək barədə öhdəlik götürüblər. Tamaşaçılar 3 “Oskar” sahibinin işini yüksək qiymətləndiriblər. “Onun etdikləri çox dahiyanədir . O, bu oğlanın bütün tarixçəsini qeyd edib”. deyə tamaşaçılardan biri vurğulayıb.

Rejissorun sözlərinə görə, baxmayaraq ki, film üzərində əsasən özü çalışıb, baş rollarda isə Cozef Qordon- Levitt və Şeylin Vudli kimi ulduzlar çəkilib, heç bir studiya onu dəstəkləməyib. Həmçinin çəkilişlərin maliyyələşdirilməsi və aktyorların cəlb edilməsi olduqca çətinliklə başa gəlib. Sonda isə maliyyələşmə Fransa və Almaniyadan edilib.

“Snouden”in premyerasının sentyabrın 16-da olacağı gözlənilir.