Söhbət – Əli Nəzmi

8 Baxış
20
Cavan və Hacı Ağa 

C: – Hacı Ağa, məhəllə tələbələri üçün məscid hücrəsində qiraətxanə kimi bir şey qayırmaq istəyirik ki, qəzetdən-zaddan gətirib onları əhvali-zamandan xəbərdar edək, siz nə qədər mərhəmət edərsiz?

H: – Necə? Mən helə çərən-pərənə pul-zad vermənəm, rəhmətlik uşağı, qəzeti küçədə oxuyanlardan mənim zəhləm gedir, sən hələ gətirib məscidül-həraməsoxmaq istəyirsən? Tazə məssəb çıxarmısız?..

C: – Neynək bu dursun, yetim uşaqların məktəb xərcini verməyə qərar qoyublar, o cümlədən bizim məhəlləyə yeddi uşağın xərci düşübdür, onların birisinin xərcini siz verin hacı, səvabdır…!

H: – Mənciyəz qələt elərəm… səvab olan işi mən yaxşı bilirəm. Yetim oxumağı-zadı neyliyir? Əgər təmiz uşaqdı gəlsin mənim evimə. Qulluq eyləsin yemək-içmək verim, vəssalam… Get əqlini başına cəm eylə!..

“Molla Nəsrəddin”, 1906, № 19

Söhbət

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10