“Sola dönmək qadağandır” esselər kitabı

16 Baxış
101014_cuas1xxkcg

Cəlil Cavanşirin yenicə çapdan çıxmış “Sola dönmək qadağandır” esselər kitabı çap olunub.

Kitabda müxtəlif vaxtlarda qələmə aldığım və əksəriyyəti mətbuatda çap olunmuş esselərim, köşə yazılarım toplanıb. Kitab üç bölümdən ibarətdir və nə üçün üç bölümdən ibarət olduğunu özümdən başqa heç kəs bilmir.
Bu yazıları müxtəlif ovqatlarda, müxtəlif vaxtlarda, müxtəlif şəraitlərdə, müxtəlif şəhərlərdə qələmə aldığım üçün, oxuduqca əsəbiləşməyiniz, qəribə hislər keçirməyiniz, bəlkə məni söyməyiniz, bəlkə sevməyiniz, bəlkə də nifrət etməyiniz mümkündür. Bütün bunlar məni zərrə qədər də narahat etmir. Çünki oxuyacağınız bu yazıların böyük əksəriyyətini bir tikə çörəyə möhtac olmamaq üçün, saytlarda, qəzetlərdə, jurnallarda çap etdirmişəm, bu yazılardan qazandığım pulla övladlarıma paltar, ərzaq almışam. Bu yazılar mənim və övladlarımın yaşayışını təmin edib, çətin gündə ümid yerimiz olub. Bu yazıların sayəsində heç kəsə əl açmamışam, vicdanımdan, əqidəmdən, inandıqlarımdan üz döndərmək məcburiyyətində qalmamışam. Bu yazılar mənim dava yoldaşım, dərd ortağım olub. Onların itib-batmasına könlüm razı olmadığı üçün bu kitab ərsəyə gəldi…
Etiraf edirəm ki, bu yazıların içərisində mənə fantastik dərəcədə qazanc gətirən yazılar olub. Azərbaycan şərtlərinə görə ağlasığmaz məbləğdə qonarar aldığım bir yazım var ki, onu xilaskarım hesab edirəm. Hansı yazı olduğunu isə qeyd etmirəm, qoy əlahəzrət oxucu üçün sirr olaraq qalsın…
Müxtəlif vaxtlarda yazılarımı oxuyub məni istiqamət-ləndirmiş redaktorlarıma, bəzi yazıların ideyasını vermiş dostlarıma, mənə ilham verən insanlara və kitabın potensial oxucularına ürəkdən təşəkkür edirəm.
Kitabı tərtib etmək üçün məni həvəsləndirən naşirimə, kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə minnətdaram!
 
 
KÖŞƏ YAZARLARI
TOP 10