“Son bir ildə Qarabağla bağlı o qədər informasiya almışıq ki…”

0 Baxış

aydin recebov

 

Rəssamlar İttifaqının rəyasət heyəti Zəfər gününün ildönümü münasibətilə rəssamların geniş bir sərgisini keçirmək niyyətində olduğunu bildirəndə mən də daxil olmaqla hər bir rəssam axtarışlara başladıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Əməkdar rəssam Aydın Rəcəbov deyib.

“Son bir ildə biz Qarabağla bağlı o qədər informasiya almışıq ki, onların hərəsi bir mövzudur. Bunları ümumiləşdirib bir əsərlə çıxış etmək olduqca çətindir. Ancaq biz rəssamlar Zəfər yürüşü ilə bərabər Azərbaycan tarixini də göstərmək istəyirik. Çünki elə rəssamlar var ki, tarixi mövzuda Xətaidən, digəri isə tarixi qəhrəmanımız Babəkdən bir süjet yarada bilər. Biz hətta Azərbaycan Demokratik Respublikasının qurulmasında iştirak edən türk qoşunlarının da rəşadətini göstərə bilərik. Əminəm ki, hər bir rəssamın bu mövzularla bağlı yarımçıq qalmış əsərləri var. Onlardan nəinki fırça ustaları, eyni zamanda keramika, metal, xalça və rəssamlığın digər növləri ilə məşğul olan peşəkarlar bu sərgidə çıxış edəcək. Onlar öz işləri ilə bağlı əvvəlcədən məlumat verməyi sevməsələr də əminəm ki, bu möhtəşəm tədbirimizdə ortaya mükəmməl bir əsər qoyacaqlar”, – deyə A.Rəcəbov bildirib.

Bölmə : Rəssamlıq, Sənət