“Son” kitabı nəşr olundu

52 Baxış

 royal

Gənc yazıçı Röyal Qabarovun “Son” adlı kitabı nəşr olunub. Senet.az xəbər verir ki, kitab hekayə və şeirlərdən ibarət topludur. Müəllifdən aldığımız məlumata görə, kitab üçün təqdimat və imza günü keçirilməyəcək, amma yanvar ayından kitab dükanlarda satışda olacaq.

 

Kitabın adının niyə “Son” olduğu barədəki sualımıza müəllif belə aydınlıq gətirib: “Topluda eyniadlı şeirim də yer alır, amma mən bir neçə illik ədəbi fəaliyyətimə son qoymaq istədiyim üçün məhz bu şeirin adını kitaba verdim. Hərçənd, bilmirəm, buna nail olacağam, ya yox”.

 

Qeyd edək ki, “Son” müəllifin ilk kitabıdır. Bundan əvvəl, bir sıra hekayə və şeirlər antologiyasında, eyni zamanda dövri mətbuatda əsərləri nəşr olunub.

Bölmə : Bölməsiz