“Sönməz Məşəl”in Nizami ilinə töhfəsi

2 Baxış

hg

“Sönməz məşəl” Mədəni Əlaqələr ictimai birliyi “Yeddi gözəl, yeddi mədəniyyət, yeddi planet ” adlı layihənin icrasına başlayıb.

Senet.az xəbər verir ki, bu ilin ölkəmizdə Nizami Gəncəvi ili elan edilməsi ilə əlaqədar həyata keçirilən layihə Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə yardımı ilə reallaşdırılır.

İctimai birliyin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva bildirib ki, layihə çərçivəsində böyük mütəfəkkirin “Yeddi gözəl” poemasının qəhrəmanlarının – yeddi gözəlin hekayətlərindən ibarət video-material hazırlanacaq, Nizaminin qadın müdrikliyinə verdiyi qiymət bu günümüzlə əlaqələndriləcək.

Yeddi gözəlin hekayəti, eləcə də N.Gəncəvi yaradıcılığının fəlsəfi yükü barədə mütəxəssislərin yığcam təhlili ingilis dilində subtitrlərlə təqdim olunacaq, layihə çərçivəsində hazırlanan video-material səfriliklərimiz və diaspor qurumları tərəfindən dünyada yayılacaq.

Layihənin hazırlanmasına Fransa Azərbaycan Dialoqu Assosiasiyasının fəalları və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri cəlb olunur.

Bölmə : Ədəbiyyat