“Sony”dən Maykl Ceksonun varislərinə 750 milyon dollar

3 Baxış

maykl cekson

 “Sony” Maykl Cekson ilə ortaq olduqları musiqi yayımı şirkətində müğənninin varislərinin sahib olduğu müəllif haqlarını 750 milyon dollar satın aldıqlarını açıqlayıb.

 

Maykl Cekson 1985-ci ildə 41,5 milyon dollar verərək ortaq olduğu dünyanın bir nömrəli musiqi yayımı şirkəti Sony/ATV müğənninin varislərinin sahib olduqları müəllif haqlarını 750 milyon dollar verərək geri alıb.

Bununla da Sony musiqi yayımı şirkətinin bütün nəzarətini tamamilə öz əlində cəmləşdirib.

Şirkət beləcə Beatles, Quenn, Rolling Stones, Bob Dylan, Alicia Keys, Taylor Swit və digər bir çox musiqi əfsanələrinin mahnılarından qazanc əldə edə biləcək.

Şirkətin ödədiyi 750 milyon dollardan isə Pop kralının anası Katerin və 3 uşağı- Prince, Paris və Blanket faydalana biləcək.

Bölmə : Musiqi, Sənət xəbər