Şopenin Jorj Sanda yazdığı son məktub…

60 Baxış

pianoKamran Süleyman

 

 

Şopenin Jorj Sanda yazdığı son məktub…

 

Sən kədərin özüsən
yalnız
mənim rəngsiz gülüşümdə
səni sevə bilirəm…
Kədərlə pianoya elə sarılıram ki,
nə səni
ilk gördüyüm günü,
nə də ayrılığını xatırlaya bilmirəm…
Mənim son vəsiyyətim sənə qalan sevgidir
yalnız
şeir əllərini əzbərləyə bilmişəm…
Sən kədərin özüsən
hiss edirəm
musiqilərə  qarışıb,
ürəyimin vətəni – müqəddəs xaç kilsəsində
mənə dua edirsən…
Heyhat
sevgi – dodaqlarında bitdi
və biz ayrıldıq…əlvida
əlvida…bir musiqilik qadın….
Sən mənim musiqiyə ithaf
barmaqlarımdın…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər