“Şoudünya” oxuculara təqdim olunub

17 Baxış

shoudunya1“Kitabevim.az” Mağazalar Şəbəkəsində satirik şair Yusif Nazimin “Şoudünya” adlı şeirlər kitabının təqdimat mərasimi keçirilib. Senet.az-ın məlumatına görə   mərasimdə ədəbiyyatsevərlər, şairin müəllimləri, tələbə yoldaşları iştirak ediblər. Tədbiri Yusif Nazim giriş sözü ilə açaraq, “Sərçəsevgisi” şeirini deyib. Daha sonra tədbirin aparıcısı gənc şair İntiqam Yaşar qonaqlara söz verib.

Tədbir iştirakçıları Yusif Nazim yaradıcılığı barəsində öz fikirlərini bölüşüblər. İştirakçılar şairin şeirlərini səsləndiriblər.

Sonda Yusif  Nazim bütün tədbir iştirakçılarına təşəkkürünü bildirdi. O, məclisin təşkil olunmasında göstərdikləri köməyə görə şair dostları İntiqam Yaşara və Gülbala Dadaşa, eləcədə “Kitabevim.az” kitab marketinin kollektivinə minnətdar olduğunu bildirdi.

Qeyd edək ki, Yusif  Nazim 2011-ci ilin may ayında M.Ə.Sabirin vəfatıya əlaqədar keçirilən Ümumrespublikaüzrə “Satiravəqəzəl” müsabiqəsində   fəxri  diploma, 2015-ci ildəAzərbaycan Respublikasının Prezidentiyanında “BilikFondu”nun həyata keçirdiyi “Vətəninpərvəriol” adlı müsabiqdə isə şeir nominasiyası üzrə “Sərçəsevgisi” adlı şeiri ilə I yerə layiq görülüb.

 

shoudunya2

 

shoudunya3

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10