Sözə təmannasız xidmət edən Həsən Quliyev

24 Baxış

hesenq13Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Rusiya və Azərbaycan yazıçıları və jurnalistləri birliklərinin, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin “Humay” mükafatının, “Qızıl qələm” mükafatının laureatı, 30-dan çox kitabınmüəllifi,professor, filologiya üzrə elmər namizədi Həsən Quliyevin xatirəsinə həsr edilmiş “Sözə təmannasız xidmət” adlı kitabın təqdimat mərasimi keçirilib.

Senet.az AYB-nin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin üzvü, millət vəkili Elmira Axundova qonaqları salamladıqdan sonra Həsən Quliyevin xatirəsinə həsr edilmiş kitabla bağlı ətraflı məlumat verib. Sonra söz Azərbaycan Yazıçılar Birliynin sədri, xalq yazıçısı Anara verilib. AYB sədri Anar Həsən Quliyevin həyat və yaradıcılığı haqqında geniş nitq söyləyib. “Həsən Quliyev “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının qurucusu və rəhbəri idi. Bu assosiasiya Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün danılmaz xidmətlər göstərib. Həsən Quliyev haqqında kitabın nəşr edilməsi təşəbbüsünə görə Elmira xanıma və bu kitabda zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm”. Xalq yazıçısı Anar çıxışının sonunda Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Filologiya Elmləri Doktoru, professor Tofiq Məliklinin “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının sədirliyinə namizədliyini irəli sürdü. Təklif hər kəs tərfindən dəstəkləndikdən sonra AYB sədri Tofiq Məliklini yeni vəzifəsi münasibətilə təbrik etdi.

Daha sonra söz xalq yazıçısı Çingiz Abdullayeva verildi. Çingiz Abdullayev “Burda Həsən Quliyevin nəvələri, nəticələri iştirak edir. Onun ailəsi çox xoşbəxtdir ki, belə bir şəxsiyyətlə onun səksən yaşınadək yaşayıblar. Mənim atam səksən bir yaşında rəhmətə gedəndə bu mənə olduqca ağır təsir etmişdi. Sonra gördüm ki, çox tanınmış insanlar öz atalarını uşaqlıq yaşlarında itiriblər. Bəs onlar neyləsinlər? Həsən Quliyev son nəfəsinədək ədəbiyyat üçün, mədəniyyət üçün böyük işlər gördü, bir sözlə o, əsl ədəbiyyat adamı idi”.

Tədbirdə tanınmış ədəbiyyat və mədəniyyət adamları, “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyasının üzvləri iştirak edərək Həsən Quliyev haqqında xatirələrini söyləyiblər.

Qeyd edək ki, “Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası Azərbaycanda rus dilinin qorunub saxlanmasına və inkişafına maraq göstərən insanları – Bakıdakı universitetlərin rus dili və ədəbiyyatı kafedralarının ədəbiyyatşünaslarını və dilçilərini, rusdilli dövri nəşrlərin jurnalistlərini, həvəskar və ya peşəkar səviyyədə ədəbi yaradıcılıqla məşğul olan, habelə kino sənətinə maraq göstərən yaradıcı insanları birləşdirirdi.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10