“Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək

7 Baxış

sozSenet.az saytı Mədəniyyət və Turizm nazirliyinə istinadən xəbər verir ki, 30 sentyabr 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Söz” adlı ədəbi layihənin növbəti tədbiri keçiriləcək. Tədbirdə gənc dramaturq, ssenarist Orxan Muxtarlının “Eşidilməyən etiraf” teatr tamaşası nümayiş olunacaq. Tamaşa müharibə mövzusuna həsr olunmuşdur.

Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir. Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Bölmə : Manşet, Teatr