Müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Firuzə Məmmədlinin “Söz macalı” adlı yeni şerilər kitabı işıq üzü görüb.
30-dan artıq kitabın, 4 monoqrafiyanın, 120-dən çox elmi və publisistik məqalənin müəllifi olan Firuzə Məmmədli filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Şeirləri müxtəlif dillərə tərcümə edilib.
Bir çox dillərdə yazılmış bədii əsərləri dilimizə tərcümə edən Firuzə Məmmədli 2017-ci ildə “Qızıl kəlmə” mükafatına layiq görülüb.
Şairin 8 cildlik “Seçilmiş əsərləri”ndən sonra “Söz macalı”nda müxtəlif illərdə qələmə aldığı şerilərindən seçilmiş nümunələr yer alıb.
“Müharibənin 44 günü” – Cəvahir Əsədova
04 Yanvar 2021 188 BaxışSenet.az oxucularına Cəvahir Əsədovanın "Müharibənin 44 günü" yazısını təqdim
Davamına bax