“Söz” təqdim olunacaq

50 Baxış

nizamiNoyabrın 14-də Nizami Kino Mərkəzində “Söz” adlı ədəbi layihənin ilk təqdimatı keçiriləcək.

Senet.az xəbər verir ki, Layihənin məqsədi Azərbaycan yazıçı və şairlərinin həm ölkə daxilində, həm də beynəlxalq ədəbi mühitdə tanıdılması, cəmiyyətdə ədəbiyyata, ədəbi ənənələrə, poetik axşamlara marağın və diqqətin artırılması, həmçinin, ədəbi inkişafın stimullaşdırılmasına yönəldilmişdir. Layihə ölkəmizin mədəniyyətinin təbliğinə, klassik və müasir ədəbiyyatının dünyada tanıdılmasına və yeni istedadlı yazarların aşkar olunması baxımından əhəmiyyətlidir.

Təqdimatda layihənin rəhbəri Nigar Həsənzadənin, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin, Yunus Əmrə Türk Mədəniyyət Mərkəzinin və xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirliklərinin nümayəndələrinin çıxışı gözlənilir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10