Spirt həqiqətdir və pişik kimidir

41 Baxış

0000000633343-1

İllər keçdikcə spirtli içkilərə qarşı necə yanlış bir düşüncə tərzi sərgilədiyimizi Feridun Nadirin “Spirt Fəlsəfəsinə Giriş” adlı kitabını oxuyarkən fərqinə vardım. Kitabı oxuduqca yeni məlumatlar düşüncəmdəki yanlışları üstələyirdi, zehnimdə daha da möhkəm mövqe tuturdu. Kitabı əlimdə görənlərdən alkoqol istifadə etməyənlər ya da alkoqollu içkilərdən həzz almayanlar tənəli baxışlarla baxırdılar. Ancaq alkoqollu və spirtli içkilərdən imtina etməyənlər sanki çox əcaib bir kitab oxuyurmuşam kimi və ya içki süfrəsində oturmuş və sərxoş olmuşcasına “oooo, vaaaay” kimi nidalarla reaksiya verirdilər. Anam kitab oxuduğum zaman onu dinləmədiyim üçün “aaa budurmu anandan  üstün tutduğun şey” – deyə qəribə bir reaksiya verdi.

Halbuki, sözün birbaşa düzgün mənaları ilə spirtin fəlsəfəsi və mədəniyyətinə dair son dərəcə əyləncəli, düşündürücü, zehni açan, ön mühakimələri inkar edən və öyrədici bir kitabdır – Spirt Fəlsəfəsinə Giriş. Feridun Nadirin “Bir Gün” qəzetinin bazar əlavəsindəki “Bəyaz spirt” bölməsində yazılandan ibarətdir. Yazılardan bəziləri qəzetdə dərc edildiyi üçün oxumaq şansım olmuşdu, ancaq kitab kimi bu şəkildə təqdim edilməyi möhtəşəm bir iş olmuşdu. Spirtli içkilərə dair ön yarqılarmızın hamısı kitabda müzakirə olunmuşdu.

Nadir kitabdakı mövzuları 6 ana başlıqda yığmışdı. Mədəniyyət, Coğrafiya, Böyük Əhli-keflər, Musiqi, Ehkam və Siyasət. Kitabı oxuyub bitirdiyinizdə görürsünüz ki, spirtin toxunmadığı bir mövzu, bir insanlıq vəziyyəti, həyatın elə bir hissəsi yoxdur. Spirt elə bir mədəniyyətdir ki, az qala hər şeyi əhatə edir. Və görürük ki, məmləkətimizdə ən çox ehtiyac hiss etdiyimiz bu mədəniyyətdir.

Feridun Nadir, “Sən spirt qəbul edərsən, bu asandır. Ancaq spirtin səni qəbul etməyi zaman tələb edir” – deyə sözə başlayır. Spirtin səni necə qəbul edəcəyi kitabda izah edilir. Və adından da göründüyü kimi “Giriş” adlanır. Tək bir bu kitablada bitmir, bu işin davamlı olacağı görünür.

Hər şeydən əvvəl “çilingər ədəbi” deyilən bir ifadə var. Əsas qayda kiməsə zərər vermədiyi müddətcə hər şeyin sərbəst olduğu bir süfrədir. İstər ilıq, istərsədə buz kimi spirtli içkini hər kəs istədiyi kimi içə bilər. Ən vacibi odur ki, təsəvvür edildiyi kimi sərxoş deyil, sərxoş olmaq üçün də heç uyğun vaxt deyil. Əsl olan məhəbbətdir; spirt-çilingər musiqisiz olar, ancaq məhəbbətsiz olmaz. Ofisanta hörmətdə qüsur olmaz.

Spirt dünyanın hər yerində fərqli şəkildə istehsal olunur, fərqli şəkildə içilir, fərqli adlar verilir. Bu vəziyyət ayrılıq yaratmır, onun birləşdirici məqamları vardır. Ədəblə davrandınsa hər çilingərin söhbəti çox məzəlidir və maraqlıdır. İstər İrandakı süfrələrə əyləşin, istər Hindistanda, Nadirin ən sevdiyi cümlələrindən biri “spirt həqiqətdir və pişik kimidir. Nə Şengen tanıyır, nə sərhəd, nə milliyyətçilik” Və yenə bir söz deyir ki, “Sülhdən kənar bir çilingərmi var?”

Böyük əhli-keflər başlığında Aydın Boysanla qarşılaşmamız qaçılmazdı.  Ustad nə gözəl deyib: “Türkiyədə düzələn tək şey spirtin keyfiyyətidir.

Spirtin, əhli-kefin, çilingərin sadəcə xoşbəxtliklə, gülməklə, kefləmi əlaqəsi var? Belə olarmı? Bu mədəniyyətdə Bərkin Əlvanın dərdi də paylaşılır. Erdal Evrenin Somanın dərdi də . Bu dərdlərin acısı heç keçmir… Dərdi paylaşmaq üçün mütləq içmək lazım deyil. Şüşəsinə baxmadan da yaşayır belə dərdlər.

Feridun Nadir bu yazısında da “Məmləkəti çilingərmi qurtaracaq?” deyənlərə cavab verir. “Türkiyənin azad olması üçün Türkcə sözlük, işində məsuliyyətli olmaq və hər gün iki spirtli içki yetərlidir”. Başqa yazısında da Balzakın Kəndlilər romanından bir cümləyə yer verir. “Çay evləri xalqın parlamentidir”.

Kitabı oxuyub bitirdiyim zaman mənim də beynimdə bənzər səslər yaranır. Hər evə, hər məkana, hər mühitə, dağa, daşa, qumsala, küçəyə bir çilingər kampaniyası başlatsaq, həll edilməyən problem qalmaz. Amma ədəbinə, mədəniyyətinə uyğun bir çilingərdən bəhs edirəm. Məhəbbətində doyumsuz, şeiri bol, şeir kimi çilingərdən… İlk dəfə kim deyibsə çox gözəl deyib: “spirt candır”. Belə cümlələrin qiyməti kitab oxunduğu zaman anlaşılır. Və yenə çox gözəl bir söz “Şərəfə”.

Şərəfə…

edebiyathaber.net saytından tərcümə edilmişdir.