“SSRİ-də doğulmuşlar” adlı konsert keçiriləcək

4 Baxış

trend_festival_260915_16

Oktyabrın 28-də Moskvanın A.Çaykovski adına konsert zalında MDB ölkələri sənətçilərinin iştirakı ilə “SSRİ-də doğulmuşlar” adlı konsert keçiriləcək.

Opera və Balet Teatrının Mətbuat Xidmətindən Senet.az saytına verilən məlumata görə, konsertdə digər müstəqil dövlətlər birliyi ölkələrinin mədəniyyət xadimləri ilə yanaşı Azərbaycanlı vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Xalq artisti, Prezident mükafatçısı Samir Cəfərov da iştirak edəcək.

S.Cəfərov tədbirdə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına məxsus əsərlər ifa edəcək.

Bölmə : Musiqi, Sənət