Rusiya hökuməti “Mosfilm”i bərpa edəcək.
Senet.az xəbər verir ki, SSRİ dövründə bir çox filmlərin çəkildiyi bu studiya, 90-cı illərin əvvəllərində müflis olmuşdu. Uzun müddət fəaliyyətini dayandıran “Mosfiml”ə 1 milyard dollarlıq investisiya qoyulub. Dövlət xüsusui proqramla “Mosfilm”in fəaliyyətini yenidən bərpa etməyi düşünür. 2018-ci ilə qədər davam edəcək proqram çərcivəsində 2 yeni studiya, anbar, kino və konsert zalları tikiləcək.
“Mosfilm”in Hollivud filmləri ilə rəqabətə girməsi planlaşdırılır.