“Apple”in qurucusu Stiv Cobsun həyatından bəhs edən sənədli film çəkilib.
“Steve Jobs:The Man in the machine” adlı filmin rejissoru Aleks Qibneydir.
Stiv Cobs haqqında bu günə qədər müxtəlif filmlər çəkilib. Qibneyin filmində isə digərlərindən fərqli olaraq Cobsu tənqidinə yer verilib.
Sentyabrın 4-də ekranlara çıxacaq filmdə “Apple”in keçmiş rəhbəri Stiv Vozniak və digər işçilərlə reportajlar var.