Stiven Hokinq: “Qadınlar mənim üçün hələ də böyük sirr olaraq qalırlar”

130 Baxış

stivenMəşhur fizik Stiven Hokinq “Reddit” saytında izləyicilərin suallarını cavablandırıb. O, sevdiyi musiqidən tutmuş, qadınlara qədər bir çox mövzulara dair münasibət bildirib. Senet.az suallardan bəzilərini sizə təqdim edir:

Əgər insanların yaratdığı robotlar özlərini insanlardan  daha yaxşı hazırlamağa başlasalar nə olar?

Əgər elə bir şey olsa, süni intellekt sıçrayışına məruz qalarıq. Belə olduqda, robotlarla  insanların ağlı arasındakı fərq, insan ilə böcəklərin arasındakı fərqdən də çox olar.

– Sizcə ən çox sirli olan şey nədir?

– Qadınlar. Fizika üzərinə doktorluq dissertasiyası yazmışam. Ancaq qadınlar mənim üçün hələ də  böyük sirr olaraq qalırlar.

– Ən çox xoşladığınız film hansıdır?

– 1962-ci il istehsalı olan, “Jules et Jim”.

– Ən çox xoşladığınız mahnı hansıdır?

– “Have I Told You Lately” – Rod Stewart

– Ən axırıncı baxdığınız və sizə gülməli gələn şey nə olub?

– “The Big Bang Theory” filmi

– Robotlar onları hazırlayan insanlardan daha ağıllı ola bilərlərmi?

– Düzünü desək,bəli. Yəni hər yeni dövr əvvəlkindən daha ağıllıdır. Biz meymunlara bənzəyən atalarımzdan daha ağıllıyıq. Eynşteyn də ailəsindən daha təkamüldür.

 

 

 

Bölmə : Manşet, Müsahibə
KÖŞƏ YAZARLARI
TOP 10