Su kimi içilən kitablar- FOTOLAR

47 Baxış

11895415_747985085309937_381227837_o

Səhifələri su filtrlərindən ibarət olan, “içilə bilən” kitab istehsal edilib. Nanotexnologiyanın tətbiqi ilə ərsəyə gətirilən “Drinkable book” adlı bu kitabların səhifələri mis və gümüş ionları ilə doludur. Beləliklə, suyu təmizləyərək çirkli suları içməyə yararlı hala gətirir.

Afrika və Asiyanın bəzi bölgələrindəki təmiz su probleminə çarə olması üçün yaradılan bu kitablar suyun tərkibindəki bakteriyaları da məhv edir.

“Water is Life” və “İDE” adlı xeyriyyə təşkilatlarının vəsaiti ilə hazırlanan “Drinkable book”ların hər bir səhifəsi 100 litr suyu bakteriyalardan təmizləyir. Bu da o deməkdir ki, 1 ədəd kitab bir insanın 4 illik təmiz su ehtiyacını qarşılaya bilər. Ancaq mütəxəssislər kitabların hələ istənilən səviyyədə olmadığını bildirirlər. Çünki bu kitablar suyun tərkibindəki təhlükəli viruslara və parazitlərə qarşı effektsizdir. Həm də xalqın kitablardan yararlana bilmələri üçün müəyyən aparatlar almaları lazımdır. Alimlər bu problemlərin tezliklə aradan qaldırılacağını və yaxın gələcəkdə “Drinkable book”ların istehsal ediləcəyini açıqlayıblar.

 

İlknur Salamova

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10