Suat Turqut Hədəf STEM Liseyinin kampında – FOTOLAR

13 Baxış

36694697_1659958044052313_3559176661607907328_n

Türkiyəli yazıçı, “Türk Dünyası İlin Yazarı” mükafatı (2018), əsərləri Türkiyədə dövlət qurumları tərəfindən təqdir edilən, sosial-antropoloq, psixoloji və fəlsəfi mühazirələr müəllifi, müəllim Suat Turqut Hədəf STEM Liseyinin dəvətilə Azərbaycana gəlib.

Liseyin mətbuat xidmətindən aldığımız məlumata görə, Suat Turqut təşkilatçıların xahişi ilə hazırda Qubada təşkil edilmiş “Summer story – 2” STEM kampına gedib. Orada azyaşlı şagirdlərə pedaqoji təlimlər verən qonaq müəllifi olduğu “Qorxunu öldürən türk: İbad” cizgi-romanının rus və azərbaycandilli versiyasını uşaqlara hədiyyə edərək imzalayıb.

Suat Turqut daha bir neçə gün düşərgədə qonaq olacaq.