“Sufizm və gizli elmlər” – YENİ KİTAB

41 Baxış

elminnnModern.az saytının əməkdaşı, gənc yazar Elmin Nurinin “Sufizm və gizli elmlər”  adlı kitabı çapdan çıxıb.

Modern.az xəbər verir ki, dörd bölmədən ibarət olan kitabın ümumi məzmunu sufizm, elm və ədəbiyyat müstəvisində düşünən insana gedən yolu axtarmaq və tapmaqdır. Kitabda ayrı-ayrı elm adamları, bilgələrdən  alınan müsahibələr, sufilər haqqında araşdırma və esselər sufizmin gizli qatına baş vurmaq missiyasını həyata keçirir.

Kitabın elmi redaktoru  Əhməd Qəşəmoğlu, redaktoru isə “Ziya MMC”-in direktoru Sevda Mikayılqızıdır. Ön sözünün müəllifi isə dünyada tanınan azərbaycanlı alim Rafiq Əliyevdir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10