Suisid nədir?

26 Baxış

Gülnar Hüseynova 2Gülnar Hüseynova

Suisid nədir?  

Bu gün insanlığın ən ürəkağrıdıcı halı intihardlr. Əgər hər şeyi dərindən düşünsək intiharın səbəblərini özümüzdə belə tapa bilərik. İnsanın ehtiyacı buna sövq edir. Fərqi yoxdur maddi, ya mənəvi olsun. Amma axtardığını tapmadıqda, istəklərinə nail ola bilmədikdə insan yaşamaqdan küsür.

İntihara müasir həyatda nələr səbəb ola bilər? Əllbəttə ki, işsizlik, narkotik, bağlılıq, dözumsüzlük, sevgi və artıq qloballaşmıs ailə problemləri. Psixoloqlar göstərmişdilər ki, insan ən çox gənc yaşlarında, daha cox isə yeniyetməlik dövründə intihara meyl edir. Hətta kiçik, sadə bir səbəb gəncləri ölümə apara bilər. Ona görə də xüsusilə yeniyetmə yaşlarında uşaqlarla səmimi, diqqətli ve düzgün davranmaq lazımdır. Onlara neqativ ünsurlərdən, pis vərdişlərdən uzaq olmağı hər birinin xarakterinə uyğun şəkildə anlatmaq olar.

Narkomaniya- bizi narahat edən, xüsusən gənclərimizi məhvə aparan ən əsas ”real ölüm”dür. Bunun genişlənməsinin qarşını almaq üçün insanları, xüsusən gəncləri daha çox təlimatlandrmaq gərəkdir. Çünki sadə bir həzlə başlayan bu zəhər sonra insanın bütün varlığını sarar. Ondan başqa bir şey düşünə bilməz insan. Ona bağlı yaşayar, günü-gündən artan əzabı onu hər kəsdən qoparıb ayırar. Son dərəcədə dözümsüzlük yaradar. Sonunda əzablı bir tənhalıq ve ağrılı bir ölümə çevrilər…

Bəli, bədən ağrılarına dözə bilməyən insan intihara məcbur qalır. Ona görə də ailədə gənclərə daha çox önəm verilməli, himayəçilər onların “rəhbər”i deyil, səmimi dostu olmalıdırlar. Onların nə istədiklərini, nə düşündüklərini öyrənməyə çalışmaqla bərabər həmçinin arzularını həyata keçirməyə kömək edən mənəvi dayaq olmalıdırlar.

Müasir həyatda  sosial şəbəkələr, mobil telefonlar, internet cəmiyyətin həyatının mühüm hissəsinə çevrilib. İntiharı yaradan əsas səbəblərdən biri də, elə bəlkə budur. Çünki, hər dövrdə olduğu kimi yenə insanlar cox zaman bir-birini “kəşf etməmiş”, dərindən tanımamış evlənirlər. Sonra isə problemlər yaranır. Evli cütlər axtardıqlarını bir-birində tapmadıqda daxildə bir boşluq hiss edirlər. Belə zamanda xoş ünsiyyəti internetdə tapır çoxları. Xoş ünsiyyət sonra bağlılığa, ən sonunda isə ailə əzabına çevrilə bilər. Bu da son zamanlarda boşanmaların ən tipik xüsusiyyətidir. Nə qədər cəmiyyətimiz, humanistləşsə də, tolerantlığı təbliğ etsə də, yenə boşanmalara mənfi munasibət bəsləyənlər çoxdur. Milli mentalitetimiz də steriotip olaraq evliliyin bir ömür qalıcı olmasına möhürünü vurmuşdur. Hansı səbəb olursa olsun, xüsusilə də qadından dözümlülük göstərmək tələb olunur. Hətta bəzən qadınların canlı varlıq olmasını belə unudurlar.

Bəzi hallarda qadına hətta bir əşya kimi münasibət göstərmək, qadın hüquqlarının kobudcasına pozulması, qadın alverı və. s arzu olunmaz amillər zərif cinsi həyatdan küsdürür, intihara sövq edir.

İntihar zəif, iradəsiz insanların xüsusiyyətidir. Dünyanın ən humanist dini olan İslam da müqəddəs kitabımız “Qurani Kərim”də dözümlülüyü, səbri təbliğ edir. Hətta “Qurani Kərim”də Allah-Təala bildirib ki, intihar edərək Allahın verdiyi cana qıyan şəxsləri cəhənnəm əzabı gözləyir.

İnsanı üç səbəb yaşadır. İnam, sevgi və ümid. Ümid- gördüyü ilə hesablaşmayan, idraka boyun əyməyən insana sadiq, ən sonda ölən hisdir.

Bəli, hər nə olursa olsun insan optimist olmağa çalişmalıdır. Əgər nəfəs ala biliriksə buna belə şükür etməliyik. Hər qaranlıqdan mütləq bir işıq doğur, hər qaranlıq gecənin də, bir aydınlı sabahı var. Hər yalana mütləq həqiqət bir gün qalib gəlir. İnsan özünü tərbiyə etməyi bacarırsa yaşamağı da bacarar. Nəriman Nərimanovun “Nabat ananın çörəyi” əsərində deyildiyi kimi “Belə də qalmaz”. Səbr etməklə nələr qazanıb insan. Ən böyük insanlar səbirli insanlardır. İnsan özünütərbiyədə ilk növbədə səbrini düşünməlidir. Səbr etməyi bacaran insanlar ən güclü olanlardır…