Süleyman Rüstəmin 110 illik yubileyi

24 Baxış

ttt

 

 

 

 

 

 

 

Süleyman Rüstəm

Oktyabrın 5-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli şair, ictimai-siyasi xadim Süleyman Rüstəmin anadan olmasının 110 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Senet.az saytı AZƏRTAC-a istinadənxəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə reallaşacaq tədbirdə şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyanın inkişafındakı xidmətlərindən danışılacaq.

Tədbir çərçivəsində şairin şeir kitablarından ibarət sərgi açılacaq.

Gecədə şairin şeirlərinə bəstələnmiş mahnılardan ibarət konsert proqramı da təqdim ediləcək.

Senet.az saytı Sülüyman Rüstəmin Axtararsınız şeirini sizə təqdim edir.

Bir gün yadınıza düşərsəm, məni,
Bu doğma ellərdə axtararsınız.
Beş-altı nəğmənin müəllifini,
Sevən könüllərdə axtararsınız.
İlk bahar çağında
İsa bulağında,
Araz qırağında,
Sonalı göllərdə axtararsınız.

Gözəllər gözəlim, vətəndir, vətən,
Nə duman görəcək, amalım, nə çən.
Məni, karvan-karvan mənalı keçən,
Aylarda, illərdə axtararsınız.
Görən gözümü,
Ürək sözümü,
Mənim özümü
Nəğməli dillərdə axtararsınız!

Bölmə : Poeziya, Ədəbiyyat