“Sülh istəyirik” adlı sərgi keçirilib

4 Baxış

147383975686527634_1000x669

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Sülh istəyirik” adlı rəsm sərgisi açılıb.

Senet.az xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı, Türkiyənin “Yalnızca Barışa Tarafız” Təşkilatının dəstəyi ilə reallaşıb. Sərgidə 80-dək fırça ustasının 100-dən çox sənət əsəri nümayiş olunur.

Hər il dekabrda ənənəvi olaraq təşkil olunan ekspozisiyada yer alan sənət əsərləri dünyada sülhün, sabitliyin, əmin-amanlığın, tolerantlığın, humanizm və xeyirxahlığın təbliğinə yönəlib.

Ekspozisiyada paytaxtla yanaşı, regionlardan olan fırça ustalarının əsərləri də sərgilənir. Layihənin ələqaləndiricisi Pərviz Əsədovdur.

Sərgi üç gün davam edəcək.

KÖŞƏ YAZARLARI
TOP 10