“Sultan Alp Arslan” tarixi romanı işıq üzü görüb

51 Baxış

sultan-alp-arslan_book

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Sultan Alp Arslan” tarixi romanı işıq üzü görüb.

Fİlologiya elmləri doktoru, professor, millət vəkili Nizami Cəfərovun ön söz yazdığı kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur.

N.Cəfərov yazır ki, müəllif kitabda hadisələri təsvir edərkən həm elmi-publisistik bir dəqiqliklə onların xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır: “Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi, “Sultan Alp Arslan”da da türklərin möhtəşəm tarixləri ilə, hər şeydən əvvəl, bir övlad duyğusallığı ilə qürur duyur”.

Bundan başqa, Y.Oğuzun “Pyeslər. Attila, Altun dəftər, Nadir şah” kitabı da işıq üzü görüb. Kitab müəllifin müxtəlif illərdə yazdığı pyeslərin toplusudur. Müəllif ənənəsinə sadiq qalaraq pyeslərində də tarixə və tarixi şəxsiyyətlərin həyatına işıq salır. Kitabda “Attila”, “Altun dəftər” və “Nadir şah” pyesləri barədə oxuculara məlumat verilir.

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10