Sumqayıt şəhərinin 70 illiyinə həsr olunmuş I kitab yarmarkası keçiriləcək.
Senet.az-ın verdiyi məlumata görə, tədbir 16 sentyabr 2019-cu il tarixində baş tutacaq. Rəsmi açılış saat 14.00 üçün nəzərdə tutulub. Yarmarkada bir sıra yerli nəşriyyatların iştirakı gözlənilir.
Saytın rəsmi tərəfdaşı olan “Hədəf Nəşrləri” və “XAN” nəşriyyatı da tədbirdə geniş çeşidlə iştirak edəcək.