“Şur” filminin 50 illik yubileyi qeyd olunacaq

5 Baxış

14988058172491156659_1000x669

İyulun 4-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Televiziyası, “Mədəniyyət” kanalı və Azərbaycan Radiosunun təşkilatçılığı ilə “Şur” filminin 50 illik yubileyinə həsr olunmuş bədii-musiqili gecə keçiriləcək.

Senet.az xəbər verir ki, gecədə filmin yaradıcı heyəti və iştirakçıları ekran əsərinin yaranması, çəkiliş prosesləri ilə bağlı xatirələrini bölüşəcəklər.

Tədbirdə Əməkdar artistlər – Azad Şükürov, Nuriyyə Hüseynova, Fehruz Səxavət, Səbuhi İbayev, xanəndələr Aytən Məhərrəmova, Abgül Mirzəliyev, Ayşən Mehdiyeva və başqalarının ifasında muğamlarımız, xalq və bəstəkar mahnıları səslənəcək.

KÖŞƏ YAZARLARI
TOP 10