Sürgünə göndərilən qadınların ürəkdağlayan hekayələri - FOTOLAR  

10 Baxış

Chhaupadi adəti Nepalda hələ də davam etdirilir. Reql (aybaşı) olan qadınlar sürgünə göndərilir, qaranlıq, soyuq, çirkli, kiçik sığınacaqlarda yaşamağa məcbur edilir. Evlərinə getmələri isə qətiyyən qadağan edilir.

Senet.az xəbər verir ki, “A Ritual of Exile” kitabının müəllifi fotoqraf Poulomi Basu reql dövrlərində meşələrdəki sığınacaqlara göndərilən qadınlar haqqında məlumat toplamaq üçün Nepala gedib. Bəzi kəndlərdə hələ də tətbiq olunan “chhaupadi” qadınlar reql olanda şeytani ruhların bədənlərini ələ keçirdikləri inancına əsaslandırılaraq aparılır. Basu yaşadıqları yerlərdən sürgün edilən Nepal qadınlarını təqib edib və onların hekayələrini qələmə alıb.
Yerli təbabətlə məşğul olan Dhamala gənc qızların şeytani ruhlar tərəfindən ələ keçirildiyinə inanır. Buna görə də reql dövründəki gənc qızları “müalicə” edir.
“Nənəm evdə qalmağa icazə vermir. Əgər evə gəlsəm küsür və çox vaxt yemək ala bilmirəm. Kaş anam burada olsaydı, məni evə aparsaydı. Ağrım olduqda dərman versəydi. Bura qaranlıqdır, heç işıq yoxdur. Biri gələcək deyə çox qorxuram”.

 14 yaşlı Lakşmi 

“Laskşmi saman yığınının üstündə yatır. Anası aybaşı olanda sürgün edilməsin deyə qorxudan heç kimə deməyib. Sonra bulaşmış paltarlarını dəyişdirməyə çalışarkən 3-cü günündə fərq edilib. Qarşılğında heyvanların qaldığı yerdə samanların üstündə yatmaq cəzası veriib” – Basu qeyd edir.

48 yaşlı Ujjvali 

 
Ujjvali Basa bunları danışıb: “Yaxşı adamlar qadınların nə yaşadıqlarını dərk edirlər. Bir qadın üçün evindən kənarda qalmaq məcburiyyətində olması asan deyil, amma bəzi adamlar bunu başa düşmək istəməyəcək qədər axmaq və cahildir. Həyat yoldaşlarını döyürlər, pis sözlər deyirlər və onları evin kənarında yaşamağa məcbur edirlər. Təhsilli olanlar və anlayanlar həyat yoldaşlarının evdə qalmasını istəyirlər”.

16 Saraswati 

 
Hələ uşaq olan Sarasvati 3 gün əvvəl özü ana olub. Doğuşdan sonra qanaxması olan Sarasvati körpə ilə birlikdə qaranlıq otaqda qalmaq məcburiyyətindədir. Onu 15 gün sonra aaparmağa gələcəklər. Saraswatinin kiçik otaqdan çıxmasına icazə verilmir. Uşaq yaşda ana olduğu üçün sağlamlıq roblemləri də yaşayır, çətinliklə yeriyir. Sarasvati kiçik otağında stresslə mübarizə aparır və çox az danışır.

Tula

 
“Dərs oxumaq üçün kifayət qədər işıq olmur. Qardaşım yemək gətirir, anam gətirməz. Qardaşım da yeməyi mənə uzaqdan atır, mən də başqa qaba qoyuram. Yemək bitəndə də boşqabı ortadan götürürəm” deyir Tula. Tulanın ailəsi Achhamdaki ən kasıb ailələrdən biridir.

 

14 yaşlı Mangu Bika və 34 yaşlı Çandra Tiruva 
 
“İlk gələndə ilanlardan qorxurdum. Ancaq hazırda ilanlardan çox kişilərdən qorxuram. Qaçırılmaqdan qorxuram. Evləndikdən sonra nələr yaşayacağıma görə narahatam” deyən Mangunun yanında 2 yaşlı uşağı ilə yatan Çandra isə belə deyir: “Burada olmağı sevmirəm amma çox-çox təzyiq var. Ögey anam burada olmağıma məcbur edir, nə edə bilərəm ki?”

40 yaşlı Dhana Devi 

Dağlar çox soyuq olduğu üçün kiçik yerdə tonqal yandırmaq məcburiyyətində qalır Dhana.  “Otaq tüstü içindədir, içəri girməməliyəm. İlk dəfə sürgünə düşəndə 14 yaşım vardı. Bacım “chhau” üçün hazır olduğumu, evimizdə tanrıların yaşadığını, əgər evdən getməsəm, onları kədərləndirəcəyəm söyləmişdi. Keçi daxmasında qalmağa məcbur oldum. . Mənə nə olduğu haqqında heç bir təsəvvürüm yoxdur, həmişə ağlayram” -deyir.

Zəhra

Mənbə: Moderator.az

KÖŞƏ YAZARLARI
TOP 10