Məşhur qrafitist Banski Fransanın Kalays şəhərində suriyalıların yaşadığı mühacir düşərgəsində “Apple”-ın qurucusu Stiv Cobsun şəklini çəkib.
Divardakı şəkildə Cobsun bir əlində “Apple” şirkətinin ilk kompüterlərindən biri, digərində isə torba daşıdığı təsvir olunub.
Banski bu rəsmlə köçün faydalarına diqqət çəkmək istədiyini bildirib: “Mətbuat tez-tez mühacirlər ölkənin sərvətlərini talamaqda günahlandırır. Amma Cobs da bir suriyalı ailənin oğlu idi. “Apple” hazırda dünyanın ən çox gəlir əldə edən şirkətləri siyahısındadır. İldə 7 milyard dollardan çox vergi ödəyir. Belə bir şirkət, Suriyadan gənc adamın köç etdiyi üçün yaradılıb”.