“Şuşa-döyünən ürəyimiz” adlı kitab sərgisi açılıb

3 Baxış

hg

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Şuşa İli” çərçivəsində “Şuşa-döyünən ürəyimiz” adlı sərgi təşkil edilib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, sərgi zamanı oxuculara kitabxana əməkdaşları tərəfindən Şuşanın tarixi, görkəmli şəxsləri, mədəniyyəti və Şuşada şəhid olmuş hərbçilər haqqında ətraflı məlumat verilib.

Sərgidə Şuşa haqqında rəsmi sənədlər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, şəhərin tarixi, mədəniyyəti, coğrafiyası haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunub.

Sərgidə yer alan kitablar, qəzetlər və jurnallar tədbir iştirakçılarının marağına səbəb olub.

Bölmə : Sənət xəbər