Susamış qadın

150 Baxış

1453240_1989910341235135_987875225236101139_n

İlqar Vahid

Bu gecə həsrəti qoyub yataqda
Ruhumu götürüb qonağın oldum.
Qaranlıq otaq, kimsəsiz gözəl
Gözəlin mən yanan çırağı oldum .

Yanaraq üzünə işıq saçırdım,
Saçları qarışıb ruhu yorulub
Yol çəkən gözündə yollar açırdım
Ümidi yollarda sanki qoyulub.

Ümidiz-ümidsiz gözünə baxdım,
Gözündə alışan sevgini gördüm.
Saçına əlimi daraq tək taxdım,
Əlimdə saçını dözməyib hördüm.

Nə gözəl olurmuş qadın saçları?!
Bir ipək bənzəri əlimdə gəzdi.
Tanrı da sevgidən qalan acları,
Sevgiylə zənn elə yenə də əzdi.

Qadının dodağı susuz qalmışdı ,
Dodağım ruhunu islatdı gecə.
Gözəllik ruhumu məndən almışdı,
Gecə də uzandı bilməzsiz necə.

Susuz dodaqları islanıb indi,
Gözləri yaşarmış qəmli qadının.
Üzümə baxırdı,gözləri dindi,
Gözünü mən gördüm nəmli qadının.

Bölmə : Poeziya, Ədəbiyyat