Şux bir gözəl içəri girdiyi zaman…

17 Baxış

carlz

 

 

 

 

 

 

 

 

Çarlz Bukovski

Özümü heç vaxt yalnız hiss etmədim.

Bir otaqda tək başıma yaşayırdım, özümə qəsd etməyin tam astanasındaydım. Özümü pis hiss etdiyim zamanlarım çox oldu. Amma heç bir zaman kiminsə, özümü daha yaxşı hiss etməyə səbəb olacağını bir anlıq da olsa düşünmədim.

Başqa bir misal, yalnızlıq məni heç vaxt narahat etməyib, çünki tək yaşamağı çox sevirəm.

İnsanların çox olduğu bir otaqda, ya da alqışlandığım bir tribunada olanda da özümü ən yalnız adam kimi hiss edirəm.

İbsendən bir sitat gətirəcəm: “Ən güclü insanlar ümumiyyətlə yalnızdır”. Heç bir zaman “şux bir gözəl içəri girdiyi zaman özümü daha yaxşı hiss edəcəyəm”, – ürəyimdən keçirmədim. Xeyr, onun heç bir zaman faydası olmaz.  İnsanları tanıyırsan “Səhər, axşam nə edəcəyik? Burdamı qalacağıq?” Bəli, tamamilə düzdür. Çünki çöldə heç nə yoxdur. Sadəcə axmaqlıqdır.

Axmaq insanlarla gəzib dolaşan səfeh adamlardır. Gecə harasa getmək kimi bir ehtiyac içərisində olmadım, heç bir vaxt. Barlarda gizlənirdim bəzən, çünki fabriklərdə gizlənmək istəmirdim. Ancaq hamısı bu qədər idi. Milyonlarla insanların adından üzr istəyirəm, ancaq mən özümü heç bir vaxt yalnız hiss etmədim. Təkliyimdən məmnunam.

Bildiyim ən yaxşı əyləncə bir az şərab içməyimdir!