Senet.az rəssam və heykəltaraş Aleksandr Kalderin əsərlərini təqdim edir:
Amerikalı rəssam və heykəltaraş Aleksandr Kalder 1898-ci il, iyulun 22-də anadan olub. O, incəsənət cameasında Sandi Kalder adı ilə şöhrət qazanıb. Anası rəssam, atası isə heykəltaraş olan Sandi 1902-ci ildə atasının heykəli üçün soyunaraq naturaçı kimi poz verib.
Həmin il də heykəlataraş kimi ilk işinini yaradıb. 1909-cu ildə ailəsi üçün Yeni il hədiyyəsi olaraq it və ördək heykəli düzəldib.
O, ali təhsil almaq üçün Texnologiya İnstitunun “Mühəndislik” fakültəsinə qəbul olub.
Kalder, rəssam olmağı qərar verəndən sonra “Art Students League”-ə keçid etdi. 1925-ci ildə “National Police Gazette” üçün rəsmlər çəkib. 1926-cı ildə isə Parisə köçüb. Burada biznesmen dostunun məsləhəti ilə uşaqlar üçü oyuncaqlar düzəltməyə başlayıb. 1927-ci ildə ABŞ-a qayıdıb.
1930-cu ildə Piyet Mondrianın emalatxasını ziyarət edərkən gördüyü abstrak əsərlər onu şoka salıb. Bundan sonra Kalder bu cərəyana xüsusi maraq göstərməyə başlayıb.
Kalder heykəllərinə hərəkət verməyi sevirdi. Ona görə də “Mobile” sərgisini yaratdı. Təbiətin canlılığını göstərmək üçün fırlanan konstruksiyalar istifadə edirdi.