Təbriz Teatrının rəhbəri Musiqili Teatrında olub

6 Baxış

_DSC8675 (Copy)Təbriz Teatrının rəhbəri, İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədri Babək Nəhreyn Azərbaycan Dövlət Musiqili Teatrında olub.

Teatrın mətbuat xidmətindən Senet.az saytına bildirilib ki, mədəniyyət müəssisəsinin direktoru, əməkdar incəsənət xadimi Əliqismət Lalayev Azərbaycanda teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı diqqətə çatdırıb.

İşgüzar şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq, mədəniyyət və incəsənət kollektivlərinin mübadiləsi, iki ölkə teatr xadimlərinin seminar, konfrans və festivallarda iştirakı, müştərək festivalların keçirilməsi və tamaşaların hazırlanması, tamaşaların lentlərinin, tarixi sənədlərin, elmi nəşrlərin, kitab və məlumatların mübadiləsi, səhnə əsərlərinin tərcümə və çap edilməsi və digər məsələlər müzakirə olunub.

Görüşdə iştirak edən İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri doktor Seyid İbrahim İbrahimi qəbula görə təşəkkürünü bildirərək, iki ölkə arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etdiyini söyləyib.

Bölmə : Konfrans, Teatr
KÖŞƏ YAZARLARI
TOP 10