“Tədqiqlər” jurnalının ikinci nömrəsi çapdan çıxıb

6 Baxış

148415043074058096_1000x669

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun “Tədqiqlər” jurnalının ikinci nömrəsi nəşr olunub.

AMEA-dan Senet.az-a bildiriblər ki, jurnalın bu nömrəsində Dilçilik İnstitutunun direktoru, akademiyanın müxbir üzvü Möhsün Nağısoylunun və professor İsmayıl Məmmədlinin 70 illik yubileylərinə həsr olunan məqalələr yer alıb.

Jurnalda 2016-cı ilin noyabrında Bakıda keçirilən, Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda beynəlxalq konfransa aid rəsmi xronika, dilçiliyin müxtəlif sahələrinə aid elmi məqalələr də əksini tapıb.

Bölmə : Bölməsiz
KÖŞƏ YAZARLARI
TOP 10