Təfsirşünaslığa dəyərli töhfə

6 Baxış

15264821494704439839_1000x669

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə Şahlar Şərifovun “Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kitabül-bəyan fit-təfsiril Quran” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

İnstitutdan Senet.az-a bildiriblər ki, monoqrafiyada görkəmli Azərbaycan alimi Məhəmmədhəsən Mövlazadə Şəkəvinin yaradıcılığı və qeyd olunan əsəri araşdırılıb.

Monoqrafiya “Giriş”, “Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvinin mühiti, həyatı və fəaliyyəti”, onun “Kitabül-bəyan fit-təfsiril Quran” əsərinin təsfir elmində yeri” adlı iki fəsildən ibarətdir. Kitabın baş elmi məsləhətçisi professor Şeyxülislam Hacı Allahşükür Paşazadə, elmi redaktoru isə professor Kamandar Şərifovdur.

Qeyd edək ki, Məhəmmədhəsən Şəkəvinin “Kitabül-bəyan fit-təfsiril Quran” əsəri də indiyədək araşdırılmayıb. Bu mənada monoqrafiyanı Şəkəvinin elmi irsinin öyrənilməsində ilk təşəbbüs kimi qiymətləndirmək olar.

ELEKTRON KİTABXANA
ustadejurnalyukle
USTAD / E-versiya
ustadejurnalyukle
KÖŞƏ YAZARLARI
TOP 10