Tənha ulduz altında

85 Baxış

vaqifSenet.az “XAN” nəşriyyatında nəşr edilmiş “Cib kitabları” seriyasından “Unudlmaz sevgi şeirləri” kitabından Vaqif Bayatlı Odərin şeirlərini təqdim edir:

 

Bir qızın telləri əsdi üzümə

Gizlicə-gizlicə gəldi buludlar,

Gizlicə-gizlicə döndü ümidlər,

İndiki buludlar beləcə gəlmir,

İndiki yağışlar beləcə yağmır.

İllərin o başından

bir qız yaylığı üstdə

bir ipək xatirə döndü qəlbimə,

bir qızın telləri əsdi üzümə.

Gülüm yağış!

Çiçəyim yağış!

O ipək illərdən,

atlaz günlərdən,

Gilənar göylərdən dolan yağışım,

yollarda yorulub

gözümdə,

könlümdə qalan yağışım,

bir çinar üstündə

qoyub gəlmişdim səni,

çinarın altında bir gilənar qız.

İndiki yağışlar beləcə yağmır…

Bu gilənar yağış

mənim qəsdimə yağır,

O dost çinarın üstündən yağır,

On ildən, beş ildən,

dünəndən yağır,

bütün sevgilərin

dönən yerindən yağır.

Bəlkə də, bəlkə də lal məhəbbətlərin

dinən yerindən yağır.

İllərin altında solmaz o tellər,

Hər bulud lələyi ümidlə gələr,

O barlı illərin sevgisi qızlar

Bir də gilə-gilə qızardı bəlkə…

 

 

unudulmazTənha ulduz altında

Bu gecə, bu gecə

bu qara oğlanın, qəmli oğlanın

bir kimsəyə qarşı nə bir nifrəti var,

nə də bir kini,

bu gecə, bu gecə

bu qəmli oğlanın, qara oğlanın

könlünü sındırmaq,

qəlbini qırmaq

bir bülbül yuvası uçurmaq kimi.

Bu gecə, bu gecə üzü göylərə

bu qəhərli oğlan,

bu qəmli oğlan

bir eşqli gözəlin, sirli gözəlin

pəncərəsi altda dayanmış kimi

dayanıb bir tənha ulduz altında…

 

 

 

 

 

KÖŞƏ YAZARLARI
TOP 10