“Tərcümə elm və incəsənət kimi” adlı konfrans keçiriləcək

73 Baxış

turksoyOktyabrın 30-u Qərb Universitetinin təşkilatçılığı ilə “Tərcümə elm və incəsənət kimi” adlı elmi-praktik Beynəlxalq Konfrans keçiriləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşkilatçılığı ilə keçiriləcək konfransda aşağıdakı məsələlər müzakirə olunacaq.

- tərcümə mədəniyyətlərarası ünsiyyət vasitəsi kimi;

- tərcüməçi və tərcümə;

– ədəbi tərcümə məharəti

- bədii ədəbiyyatın tərcüməsində milli özünəməxsusluğun saxlanması;

- orijinalda və tərcümədə bədii obrazın adekvatlığı problemi;

- ədəbiyyat və incəsənət tarixində tərcümənin rolu;

- incəsənətçünaslıqda tərcümələr;

- tərcümənin görkəmli sənətkarları.

Konfransda iştirak etmək istəyənlər ərizə və məruzələrin annotasiyasını 25 sentyabr 2015-ci ilə kimi bu elektron ünvana bayramova_alla@wu.edu.az və ya iro@wu.edu.az göndərə bilərlər.

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Konfrans
KÖŞƏ YAZARLARI
TOP 10