Tərcümə Mərkəzi açıqladı: “Qeydiyyat oktyabrın 1-də başa çatır”

52 Baxış

tercume

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərcümə işinin təkmilləşdirilməsi məqsədilə təşkil etdiyi ixtisasartırma və dil kurslarına qeydiyyat oktyabrın 1-də başa çatır. Tərcümə Mərkəzindən Senet.az-a verilən məlumata görə müxtəlif sahələri əhatə edən ixtisasartırma kursları ingilis, fransız, alman, italyan, ispan, türk, fars, ərəb və Azərbaycan dillərindən rus dilinə tərcümə üzrə təşkil olunur. Dil kursları isə müxtəlif səviyyələr və dillər üzrə təşkil edilir.

Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə tərcüməçinin peşəkarlıq səviyyəsindən asılı olaraq 2-6-12 aydır.

Məşğələlər həftədə 2 dəfə, hər dərs 1,5 saat olmaqla, Tərcümə Mərkəzinin inzibati binasında keçiriləcək. Qəbul qeydiyyatı davamlıdır. Kurslar ödənişlidir.

Kurslara qeydiyyata düşmək üçün şəxsiyyət vəsiqəsinin surəti, 2 ədəd fotoşəkil və CV idk@aztc.gov.az elektron poçt ünvanına göndərilməli, yaxud kağız formatında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilməlidir.

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10