Tərcümə Mərkəzi etiraz məktubu yayımladı – VİDEO

58 Baxış

afaqmesudAzərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi “Mir” telekanalının direktoru Yekaterina Abramovaya və “Mir” DTRŞ-nin Azərbaycan Respublikasındakı Milli Nümayəndəliyinin direktoru İlqar Paşazadəyə etiraz məktubu ünvanlayıb.

Məktubda deyilir ki, “Mir” televiziya kanalının “180 минут новостей на завтрак” proqramında dünyanın ən gözəl metro stansiyası kimi təqdim olunan Bakının “Nizami” metro stansiyasının “dahi fars şairi Nizami Gəncəvinin adını daşıyan metro stansiyası”, stansiyanın arxitektoru – Azərbaycanın Xalq Memarı Mikayıl Hüseynovun isə, “görkəmli sovet memarı” kimi təqdim olunması, kanalın Azərbaycana, onun milli-mədəni tarixinə sayqısızlığının bariz nümunəsidir.

Məlumat üçün bildiririk ki, Nizami Gəncəvi 1141-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuş, bütün ömrünü burada yaşayaraq yazıb-yaratmış, 1209-cu ildə orada da vəfat etmişdir. Əsərləri ilə dünyada dahi Azərbaycan şairi kimi tanınır. Həmçinin, verilişdə “sovet memarı” kimi təqdim olunan Mikayıl Hüseynov – tanınmış Azərbaycan memarıdır.Məlumat mətnində “Azərbaycan” adının bu sayaq “səliqə ilə” ört-basdır edilməsi, “Мир” (Dünya) adını daşıyan kanalınıza şərəf gətirmir. Deyilənlərin nəzərə alınmasını, xəbərə dair adıçəkilən verilişdə təkzib verilməsini zəruri hesab edirik .

Məktuba, həmçinin, Nizami Gəncəvi barədə qısa bioqrafik məlumat da əlavə edilib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bölmə : Sənət xəbər
KÖŞƏ YAZARLARI
TOP 10